Akar: "Azərbaycanı haqlı mübarizələrini əlimizdən gəldiyi qədər dəstəkləyirik"
Tarix: 18-02-2022 12:42 | Bölmə: Siyasət
Akar: "Azərbaycanı haqlı mübarizələrini əlimizdən gəldiyi qədər dəstəkləyirik"

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Rusiya ilə Ukrayna arasındakı problemin sülh yolu ilə həllinə çalışdıqlarını deyib.

Reyting.az
Türkiyə mətbuatına istinadla bildirir ki, o, problemin dialoq yolu ilə həllinin vacibliyini önə çəkib: "Bunun üçün əlimizdən gələni edirik”.

Akar qeyd edib ki, hazırda region ciddi və gərgin bir dönəmdən keçir: "Biz isə Azərbaycan, Liviya kimi dost və qardaş ölkələrdə dostlarımızın, qardaşlarımızın haqlı mübarizələrini əlimizdən gəldiyi qədər dəstəkləyirik".




Bölməyə aid digər xəbərlər