Ərdoğan: “Rusiyanın “DXR” və “LXR”-i tanıması qəbuledilməzdir”
Tarix: 22-02-2022 14:24 | Bölmə: Siyasət
Ərdoğan: “Rusiyanın “DXR” və “LXR”-i tanıması qəbuledilməzdir”

"Rusiyanın Donetsk və Luqansk "xalq respublikalarını" tanımasını qəbuledilməz kimi dəyərləndiririk".

Reyting.az
xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, tərəfləri sağlam düşüncə ilə hərəkət etməyə və beynəlxalq hüquqa riayət etməyə çağırıb: 

“Rusiyanın bu qərarını qəbuledilməz sayırıq. Tərəfləri sağlam düşüncə və beynəlxalq hüquqa riayət etməyə çağırırıq. Biz eyni zamanda Qara dəniz ölkəsiyik. Qara dəniz ölkəsi olduğumuza görə bir çox tədbirlər paketi hazırlanmalıdır. Qara dəniz ölkəsi olmanın bizə verdiyi məsuliyyəti bir kənara qoya bilmərik. Bu anlayışla yolumuza davam edəcəyik”.




Bölməyə aid digər xəbərlər