Putin Ukraynanın nüvə silahına can atdığını iddia edir: "Minsk sülh anlaşması artıq yox hökmündədir"
Tarix: 22-02-2022 21:22 | Bölmə: Siyasət
Putin Ukraynanın nüvə silahına can atdığını iddia edir: "Minsk sülh anlaşması artıq yox hökmündədir"

Ukraynanın şərqindəki Donbas bölgəsindəki Donetsk və Luqanskini rəsmi dövlət kimi tanıyan Rusiya prezidenti Putin dünyaya meydan oxuyub.

Reyting.az
xəbər verir ki, yeni açıqlamalar verən Putin "Minsk sülh anlaşması artıq yox hökmündədir" deyib:

"Biz Ukraynanın NATO-ya qatılmasına qarşıyıq. Bu, bizim üçün təhdiddir. Bu məsləni dəfələrlə dilə gətirdim. Ən yaxşı yol qərbli mövqedaşlarımızın bu məsələni hazırkı Kiyev iqtidarı ilə müzakirəsi və bu sevdadan vaz keçilməsidir".

Daha sonra Ukrayna ilə bağlı Minsk sülh sazişinə toxunan Putinin sözlərinə görə, burada Krım və Sevastopol bölgəsindən bəhs olunur: "Dediyim kimi, buradakı məsələ Ukraynanın NATO-ya cəlbi prosesi ilə bağlı məsələdir. Hazırkı vəziyyətə görə, Minsk sazişinin artıq bir hökmü qalmadı, Donetsk və Luqanskini tanıdıq".

Putinin Ukraynanın çox asanlıqla nüvə silahı əldə edə biləcəyini də deyib: "Sovet dönəmindən bəri Ukrayna nüvə gücünə sahibdir, onların nüvə gücləri var. Və nüvə güclərinin olduqca güclü olduğunu görürük. Bir sözlə, digər ölkələrlə müqayisədə olduqca asan yolla nüvə silahı əldə edə bilərlər. Yalnızca uranium inkişaf etdirmirlər. Çox sürətlə potensial nüvə silahları Ukraynada yaradıla bilər. Bu da bizim üçün strateji təhdiddir. Biz bunu gözdən qaçırmamalıyıq".

Putin bildirib ki, hələlik Rusiya öz ordusunu Donbasın dərinlyinə yerləşdirməyi düşünmür: "Variantları öngörmək asandır, əslində. "Problemlər hərbi güclə həll oluna bilərmi",- sualına baxsaq, bunu deməyim vacibdir: yaxşı gücün müdafiəsiz olmaması lazımdir".

Reyting.az




Bölməyə aid digər xəbərlər