BMT Baş Assambleyası Ukrayna problemini müzakirəyə çıxaracaq
Tarix: 23-02-2022 08:23 | Bölmə: Siyasət
BMT Baş Assambleyası Ukrayna problemini müzakirəyə çıxaracaq

Ukraynadakı son hadisələri qiymətləndirmək üçün BMT Baş Assambleyasının növbəti iclas keçirəcək.

BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak jurnalistlərə deyib ki, Baş Assambleyasının sessiyasında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da iştirak edəcək.

P. Kubiak BMT Baş Assambleyasının prezidenti Abdulla Şahidin sədrliyi ilə keçiriləcək iclasın gün ərzində davam edəcəyini və məsələ ilə bağlı hər hansı qərarın gözlənilmədiyini bildirib.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbass ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını deyib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan da daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbassı Ukraynanın ərazisi olaraq tanıyırlar.

Reyting.az




Bölməyə aid digər xəbərlər