18:40 / 14-09-2025
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
17:39 / 14-09-2025
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
17:31 / 14-09-2025
Prezident Şuşakənddə görülən işlərlə tanış olub - Fotolar
15:37 / 14-09-2025
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14:57 / 14-09-2025
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
13:50 / 14-09-2025
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
13:22 / 14-09-2025
Sabah yağış yağacaq
13:17 / 14-09-2025
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
11:49 / 14-09-2025
Qar və leysan yağır, çaylardan sel keçir
10:29 / 14-09-2025
Dünya çempionatı Bakıda keçiriləcək
10:10 / 14-09-2025
Bayramov Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək
10:05 / 14-09-2025
İki qəzada üç nəfər həyatını itirib
20:48 / 13-09-2025
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
18:41 / 13-09-2025
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
16:41 / 13-09-2025
İqtisadi Şuranın iclası keçirilib - Fotolar
15:55 / 13-09-2025
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
15:48 / 13-09-2025
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
15:44 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13:27 / 13-09-2025
İlk köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb - (Yenilənib)
12:30 / 13-09-2025
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
12:25 / 13-09-2025
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
12:21 / 13-09-2025
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir
11:12 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
09:29 / 13-09-2025
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
06:10 / 11-09-2025

10:19 / 10-09-2025

13:31 / 11-09-2025

21:32 / 10-09-2025

20:48 / 13-09-2025

14:28 / 10-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

17:29 / 10-09-2025

10:50 / 12-09-2025

23:44 / 12-09-2025

Vüqar Rəhimzadə: "Ermənistanın gerçəklikləri qəbul etməkdən başqa yolu yoxdur"
Tarix: 23-02-2022 13:52 | Bölmə: Siyasət

“Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında münasibətlər quran Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu artmaqdadır. Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edən Azərbaycanın ötən ilin iyununda qardaş Türkiyə ilə müttəfiqlik sənədini, bu il fevralın 22-də isə dövlət başçısı İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri zamanı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması da postmünaqişə dövrünün reallıqlarının təqdimatında əhəmiyyətli rol oynayır. Hər iki sənəd ölkələr arasında müttəfiqlik münasibətlərinin inkişafında, əlaqələrdə yeni mərhələnin başlanmasında əhəmiyyətli rol oynayacaq”.
Reyting.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V. Rəhimzadə qeyd edib ki, Qoşulmama Hərəkatının üzvü və fəaliyyətdə olan sədri kimi Azərbaycan tam neytral, öz milli maraqlarına uyğun çoxşahəli müstəqil xarici siyasət yürüdür, respublikamızın digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib: “Bəyannamənin imzalanması regionda gedən son proseslərlə əlaqələndirilə bilməz. Azərbaycan dövlətinin xarici siyasətində qonşularla əlaqələrin yeni prioritetlər üzrə inkişafı əsas yer tutur. Azərbaycan-Rusiya münasibətləri tarixi köklərə malikdir. Qarşılıqlı səfərlər və bu səfərlər çərçivəsində imzalanan sənədlər münasibətlərimizin inkişafında yeni mərhələnin başlanmasında stimulverici amildir. İki qonşu ölkənin əlaqələrinin yüksələn xətlə inkişafında, həmçinin dövlət başçılarının şəxsi münasibətləri, qarşılıqlı yüksək etimad mühiti əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev daim bu reallığı önə çəkir ki, hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərinin qurulması çox vacib amildir. Azərbaycan o ölkələrdəndir ki, çox konstruktiv, düşünülmüş siyasət apararaq Ermənistan istisna olmaqla bütün qonşuları ilə gözəl münasibətlər qura bilib və dövlətimiz bu əməkdaşlıqdan maksimum faydalanır. Məlumdur ki, müasir dövrdə həm regional təhlükəsizliyin təmin olunması, həm də nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli xeyli dərəcədə qonşularla münasibətlərin inkişaf səviyyəsindən asılıdır. Bu baxımdan əminliklə deyə bilərik ki, qədim dostluq və mehriban qonşuluq ənənələrinə söykənən Rusiya-Azərbaycan münasibətləri daim yüksələn xətt üzrə inkişaf edir”.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonrakı uğurlu inkişafı regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılmasına, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsinə, xalqlarımızın əsaslı maraqlarının reallaşmasına öz müsbət təsirini göstərəcək: “Azərbaycan dövləti tarixi Zəfərimizin reallıqları fonunda Ermənistana sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflərini çatdırıb. Məqsəd bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması və yeni əməkdaşlıq formatlarının yaradılması prosesinin sürətləndirilməsidir. Diqqət yetirsək görərik ki, son zamanlar dünya gücləri Azərbaycanla əlaqələrin inkişafında maraqlı olmaqla yanaşı, bu istəklərini regionda dayanıqlı sülhə töhfələr verməyə səy göstərməklə ifadə edirlər. Məsələyə bu kontekstdən yanaşdıqda Moskva, Soçi, həmçinin Brüssel görüşləri günümüzün reallıqlarının aydın mənzərəsini yaradır. Dayanıqlı sülhə töhfə vermək prosesində bu görüşlərlə bərabər, imzalanan sənədlər də öz əhəmiyyətli rolunu oynamaqdadır. Xüsusi vurğulamaq lazımdır ki, Moskva Bəyannaməsinin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur. Hər iki ölkə müttəfiqlik fəaliyyətini biri-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulması, müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək, öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa dair öhdəlik götürürlər”.
Vüqar Rəhimzadə onu da əlavə edib ki, Bəyannamədə Qafqaz regionu və Xəzərdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində qarşılıqlı fəaliyyətin zəruriliyi qeyd olunur və bu xüsusda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyi təsdiq edilir: “Azərbaycan dövləti daim Xəzərin dostluq, əməkdaşlıq dənizi olmasına çağırışlar edib. Təbii ki, bu da dövlətimizin xarici siyasətinin dəyişməz olan prinsiplərinə əsaslanır.”
“Türkiyə ilə imzalanmış Şuşa Bəyannamasi kimi, Rusiya ilə imzalanmış Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, 44 günlük Vətən müharibəsində Qələbəmizdən sonra Cənubi Qafqazda formalaşmış yeni siyasi mühitin əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, Azərbaycanın hər iki ölkə ilə müttəfiqlik bəyannamələrini imzalaması bu yeni siyasi mühiti rəsmən təsbit edir. Türkiyə ilə Şuşa Bəyannaməsinin, Rusiya ilə Moskva Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı (Aİ) ilə də ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. Bu məqsədlə mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək. Ötən ilin dekabrında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Brüsseldə görüşü qurumun ölkəmizlə münasibətlərinin hazırkı səviyyəsinə işıq saldı. Bu görüşlərin ardınca bu il fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirildi. Bu görüş Brüssel sülh gündəliyinin davamı kimi dəyərləndirildi”.
Vüqar Rəhimzadə aparılan təhlillərə söykənərək bu fikri xüsusi qeyd edib ki, dünyanın bütün güc mərkəzləri və qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir: “Azərbaycan iki qüdrətli qonşusu – Türkiyə və Rusiya ilə müttəfiq olur, Aİ ilə saziş imzalamağa hazırlaşır. Regionda və dünyada gedən proseslər fonunda Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, dünyanın bütün güc mərkəzlərindən öz müstəqil siyasətinə, təhlükəsizliyinə zəmanət qazanıb. Bu isə Azərbaycanın diplomatiyasının uğurudur. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri, həmçinin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Rusiyanın Azərbaycan ilə münasibətlərinin yüksələn xətlə inkişafı, ölkələrimiz arasında müttəfiqlik Bəyannaməsinin imzalanması postmünaqişə dövrünün reallıqlarının qəbul edilməsində də əhəmiyyətli rol oynayacaq. Bu baxımdan imzalanan Bəyannamə Ermənistana böyük zərbədir. Bugünədək dünyanın ikili standartlara əsaslanan siyasətindən bəhrələnən işğalçı Ermənistan artıq dünya güclərinin Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləmələrinin şahididir. Ermənistanın sülh müqaviləsini imzalayıb yeni reallıqların diktə etdiyi gerçəklikləri qəbul etməkdən başqa yolu yoxdur”.
Bölməyə aid digər xəbərlər

12-09-2025, 15:54
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
12-09-2025, 15:43
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
12-09-2025, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
12-09-2025, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
12-09-2025, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
11-09-2025, 23:47
ABŞ senatoru: "Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdi"
11-09-2025, 08:08
USAID Ukraynanın kibertəhlükəsizliyinə 2 milyon dollar ayırıb
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
9-09-2025, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək
8-09-2025, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
8-09-2025, 18:54
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
8-09-2025, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
8-09-2025, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
8-09-2025, 13:46
Kamala Harris mühafizəsiz qalıb
8-09-2025, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək
4-09-2025, 16:51
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
4-09-2025, 15:51
XİN Sudan hökumətinə başsağlığı verib
4-09-2025, 12:15
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
4-09-2025, 10:19
Məhkəmə deputatın şikayətini rədd edib
4-09-2025, 07:54
Putin: Kiyev sülhə gəlməsə, Rusiya vəzifəsini silahla həll edəcək
4-09-2025, 07:48
Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlanıb
3-09-2025, 17:04
Siyasətçilər deportasiyaya görə Kanadadan kömək istəyirlər
3-09-2025, 16:53
İlham Rəhimova sanksiya tətbiq olunub
3-09-2025, 12:59
Paşinyan deputatlara Rusiya mövzusunda danışmamağı tapşırıb
3-09-2025, 12:29
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub
3-09-2025, 07:50
Fidan və Əl-Sani Fələstini müzakirə ediblər