Zelenski xalqa təkrar müraciət edib: "Putin Ukraynanı məhv etmək istəyir"
Tarix: 24-02-2022 13:40 | Bölmə: Siyasət
Zelenski xalqa təkrar müraciət edib: "Putin Ukraynanı məhv etmək istəyir"

Ukraynanın dövlət başçısı Volodimir Zelenski xalqa yenə müraciət edib.

Reyting.az
TRT-yə istinadla xəbər verir ki, o, Rusiyanın hücumu və təxribatlarını gizlətmək cəhdlərinin fayda verməyəcəyini deyib: "Hər nə qədər bunu gizlətməyə çalışsalar da, mümkün deyil. Rusiya vətəndaşları da Putinin bu hərəkətinə reaksiya verməldir. Buradan ukraynalılara səslənirəm: sizin Rusiyada qohumlarınız, jurnalist dostlarınız var, onlarla danışın, onlara həqiqətləri deyin".

Zelenski əlavə edib ki, bu səhər tarixə düşüb: "Hazırda Rusiya ilə diplomatik əlaqələr kəsilib. Hər birimiz müstəqilliyimiz üçün çalışırq. Dövlətinizi qorumaq üçün hazır olun. Moskva nə düşünürsə düşünsün, ukraynalılar öz torpaqlarında yaşamaq hüququna malikdir. Bu gündən etibarən Ukrayna dünya tarixində yerini tapdı. Rusiya xalqı seçim qarşısındadır. İstəyən müharibəyə etiraz edə bilər”.

***

"Vladimir Putin Ukraynanı məhv etmək istəyir. O, bütün demokratik dünya ilə müharibəyə başlayıb”.

Reyting.az
xəbər verir ki, bunu Ukraynanın dövlət başçısı Volodimir Zelenski xalqa müraciətində deyib.

Zelenski bildirib ki, Ukrayna ordusu layiqli mübarizə aparır: "Biz təkcə bombalarla deyil, həm də saxta xəbərlərlə hücuma məruz qalırıq. Odur ki, rəsmi mənbələrə inanmaq lazımdır”.

O, yerli əhalini panikaya düşməməyə çağırıb: “Bizim həmrəyliyə ehtiyacımız var. Ukraynalılar güclüdürlər, cəsarətlidirlər. Biz bunu bir neçə dəfə sübut etmişik”.

Qeyd edək ki, bu gün gecə saatlarından etibarən Rusiya Silahlı Qüvvələri Ukraynaya hücuma başlayıb.




Bölməyə aid digər xəbərlər