Hikmət Hacıyev: “Ermənistanı Xocalı soyqırımını tanımaqla bu ləkəni üzərindən silməyə çağırırıq”
Tarix: 25-02-2022 12:16 | Bölmə: Siyasət
Hikmət Hacıyev: “Ermənistanı Xocalı soyqırımını tanımaqla bu ləkəni üzərindən silməyə çağırırıq”

“Xocalı faciəsi beynəlxalq ictimaiyyətin və beynəlxalq hüququn üzərində bir ləkədir. Xocalıda baş verən hadisələr beynəlxalq hüquqların birbaşa pozuntusu idi”.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocalı soyqırımın 30-cu ildönümü ilə bağlı keçirilən konfransda deyib.

H. Hacıyev oxşar faciələrin Ruanda və Balkan yarımadasında da baş verdiyini, lakin həmin hallarda beynəlxalq ictimaiyyətin bir araya gəlməsinin və məhkəmələrin təşkil edilməsinin Xocalı ilə bağlı həyata keçirilmədiyini xatırladıb: “Biz ədalətə çağırış edirik. Biz Ermənistanı Xocalı soyqırımını tanımaqla və üzr istəməklə tarixindəki bu ləkəni silməyə çağırırıq”.

H. Hacıyev bildirib ki, Xocalı hadisəsi bu torpaqları ələ keçirmək və azərbaycanlıların etnik təmizlənməsini həyata keçirmək niyyəti ilə hazırlanmış hərbi əməliyyatın nəticəsidir.

Prezidentin köməkçisi əlavə edib ki, bu gün biz gələcəyə baxır və Xocalı hadisələrinin təkrarlanmamasına çalışırıq.




Bölməyə aid digər xəbərlər