Ceyhun Bayramov britaniyalı nazirlə Ukraynadakı vəziyyəti müzakirə edib
Tarix: 01-03-2022 19:50 | Bölmə: Siyasət
Ceyhun Bayramov britaniyalı nazirlə Ukraynadakı vəziyyəti müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Xarici İşlər, Birlik ölkələri və İnkişaf Ofisində Avropa məsələləri üzrə dövlət naziri Ceyms Kleverli ilə telefon danışığı baş tutub.

Reyting.az
Xarici İşlər Nazirliyinə istinadal bildirir ki, tərəflər regional məsələlər, xüsusilə Ukraynadakı vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini, habelə qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.




Bölməyə aid digər xəbərlər