ABŞ prezidenti: "Biz Rusiyanı məsuliyyətə cəlb edəcəyik"
Tarix: 01-03-2022 23:26 | Bölmə: Siyasət
ABŞ prezidenti: "Biz Rusiyanı məsuliyyətə cəlb edəcəyik"

Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

Reyting.az
xəbər verir ki, bu barədə Zelenski açıqlama yayıb.

O bildirib ki, Baydenlə Rusiyaya qarşı sanksiyaları və müdafiə sahəsində Ukraynaya dəstəyi müzakirə edərək, ona təşəkkür edib: "İndicə ABŞ Prezidenti ilə danışdıq. Antirusiya sanksiyaları və Ukraynaya müdafiə dəstəyi məsələsində ABŞ rəhbərliyini müzakirə etdik".

Bayden isə "Tvitter" hesabında Zelenski ilə görüş barədə belə paylaşım edib: “Ukraynanın özünü Rusiya təcavüzündən müdafiə edən təhlükəsizlik yardımı və humanitar yardım da daxil olmaqla, ona davamlı dəstəyimizi müzakirə etmək üçün indicə Prezident Zelenski ilə danışdım. Biz Rusiyanı məsuliyyətə cəlb edəcəyik və sanksiyalarımız artıq dağıdıcı təsir göstərir”.




Bölməyə aid digər xəbərlər