Zelenski növbəti görüş üçün Rusiyaya şərt qoyub
Tarix: 01-03-2022 23:58 | Bölmə: Siyasət
Zelenski növbəti görüş üçün Rusiyaya şərt qoyub

"Moskva ilə tamhüquqlu danışıqların mümkün olması üçün Rusiya Ukrayna şəhərlərini atəşə tutmağı dayandırmalıdır".

Reyting.az
TRT-yə istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, Rusiya arasında gələcək danışıqların perspektivləri ilə bağlı birmənalı müsbət nəsə söyləmək çətindir: "Heç olmasa, insanlara atəş açmağı dayandırmaq, sadəcə atəşi dayandırmaq və sonra danışıqlar masasına oturmaq lazımdır" 

Zelenski Rusiyanın danışıqların perespektivi barədə suala isə belə cavab verib: "Baxarıq. Rusiya qoşunlarını 6 gün əvvəl tutduqları mövqelərə çəkməyə razılıq versə, bu, Rusiyanın sülhə hazırlığına işarə olacaq. “Əks halda bu, vaxt itkisidir”.




Bölməyə aid digər xəbərlər