Ruslar yenidən Xarkova hücuma keçib
Tarix: 02-03-2022 08:27 | Bölmə: Siyasət
Ruslar yenidən Xarkova hücuma keçib

Rusiya qırıcıları Xarkova hücum edir. Bu barədə virtualaz.org-un şəhərdə olan müxbiri məlumat verib.

Rusiya aviasiyasının yaşayış məntəqələrinə zərbələr endirdiyi bildirilir.

Son məlumatlara görə, Xarkov şəhərinə daha bir "vakum bombası" atılıb.

Reyting.az-ın xəbərinə görə, Ukraynanın Təhlükəsizlik Xidməti bildirib ki, Rusiya Xarkov şəhərinə desant qoşunu göndərib və döyüşlər daha da şiddətlənib.

Məlumatda deyilir ki, Rusiya desantları Xarkova enib. “İşğalçılar xəstəxanaya - Şimal Regionunun Hərbi Kliniki Tibb Mərkəzinə hücum ediblər. İşğalçılarla ukraynalı müdafiəçilər arasında döyüş başlayıb".

"Ukraynanın Operativ Silahlı Qüvvələri" teleqram kanalında isə bildirilib ki, hücum şəhər və bölgədə hava həyəcanı xəbərdarlığının elan edildiyi anda baş verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər