XİN rəsmisi: "Ukraynada 5 Azərbaycan vətəndaşı həlak olub"
Tarix: 02-03-2022 15:35 | Bölmə: Siyasət
XİN rəsmisi: "Ukraynada 5 Azərbaycan vətəndaşı həlak olub"

“Azərbaycanın Ukraynadakı səfirliyi fəaliyyətini davam etdirir”.

Reyting.az
xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva deyib.

O bildirib ki, Moldova və Polşadakı səfirliklərə əlavə diplomatlar ezam olunub: “Yaxın günlərdə də azərbaycanlıların təxliyəsi ilə bağlı müvafiq addımlar atılacaq”.

XİN rəsmisi onu da deyib ki, Ukraynada müharibə başlayandan bəri 5 nəfər Azərbaycan vətəndaşı həlak olub: "Ukraynada olan 4 minədək Azərbaycan vətəndaşı bu ölkəni tərk edib. Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına evdə, yaxud təhlükəsiz yerlərdə qalmaq, vacib səbəb olmadan yola çıxmamaq tövsiyə olunur. Ciddi təhlükəyə məruz qalan vətəndaşlarımız Ukraynanı Moldova, Polşa, Slovakiya, Macarıstan, Rumıniya istiqamətlərindən tərk edə bilərlər".




Bölməyə aid digər xəbərlər