Rusiya ordusunun generalı Ukraynadan Belarusa qaçıb
Tarix: 02-03-2022 18:37 | Bölmə: Siyasət
Rusiya ordusunun generalı Ukraynadan Belarusa qaçıb

Ukrayna ordusunun günün ikinci yarısında Xarkov istiqamətində əks hücuma keçdiyi və Vasilkov şəhəri ətrafında Rusiya ordusunun qruplaşmasına qarşı təmizləmə əməliyyatına başladığı bildirilir.

Reyting.az
xəbər verir ki, cəbhədən ən son məlumatları yayan “Vertikal” telegram-kanalında yer alan məlumata görə, hazırda Ukrayn Silahlı Qüvvələri Kiyevdən qərbdəki Makarov rayonunda cəmləşmiş Rusiya qruplaşmasına dəqiq zərbələr endirir. Habelə Nikolayev və Çerniqov vilayətlərində də döyüşlər gedir, ruslar itki verir.

“Çernobıl zonasından çıxan bir neçə tank məhv edildi, “Bayraktar”larla işlədilər. Ukrayna ordusu metodik şəkildə Rusiya ordusunun Çernobıl zonasından çıxan zərbə qüvvəsini məhv edəcək”,- məlumatda deyilir.

Bundan əlavə, Çernobıl ətrafında Ukrayna ordusu rusların Dityatki kəndində yerləşən komanda məntəqəsini də məhv edib. Jurnalistlər müəyyən ediblər ki, Rusiyanın Şərq Hərbi Dairəsinin 36-cı ordusunun qərargah rəisi, general-mayor Sergey Nırkov şəxsi heyəti ataraq Ukrayna ordusunun xüsusi əməliyyatı zamanı Belarusa, Mozır şəhərinə qaçıb. Onun tabeliyində olan qoşunlar darmadağın edilib.(virtualaz.org)




Bölməyə aid digər xəbərlər