Paşinyan: "Azərbaycanla sülh sazişi imzalanacaq" - Video
Tarix: 03-03-2022 00:02 | Bölmə: Siyasət
Paşinyan: "Azərbaycanla sülh sazişi imzalanacaq"

“Mən tribunaya yaxınlaşmazdım. Amma siz israr edirsiniz ki, biz torpaqların 75%-ni düşmənə vermişik”.

Reyting.az
BakuTV-yə istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan müxalif partiya üzvlərinə səslənərkən deyib.

O, “Emənistan” və “Şərəf duyuram” fraksiyası üzvlərindən Qubadlı rayonunun adının Qubadlı və ya Sanasar olduğunu demələrini tələb edib: “Əgər bu rayonun adı Sanasardırsa, onda niyə sizin rəhbərləriniz 20 il ərzində həmin əraziləri Azərbaycana qaytarmaq üçün danışıqlar aparıb? Bu proses gizli olmayıb. Onların da qəbul etdiyi Madrid prinsiplərinin birinci bəndində yazılıb ki, 7 rayon Azərbaycana qaytarılsın”.

Paşinyan daha sonra Azərbaycanla sülh sazişinin imzalanacağını deyib: "Gündəlikdə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələləri var”.

Xatırladaq ki, 2020-ci ilin 10 noyabrında ikinci Qarabağ müharibəsində hərbi əməliyyatların dayandırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli bəyanat imzalanıb.





Bölməyə aid digər xəbərlər