Rusiya qoşunları Xarkov vilayət administrasiyasının binasını ələ keçirib
Tarix: 03-03-2022 16:02 | Bölmə: Siyasət
Rusiya qoşunları Xarkov vilayət administrasiyasının binasını ələ keçirib

Rusiya qoşunları Xarkov vilayət administrasiyasının binasına daxil olub.

Reyting.az
xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Qennadi Laquta “Facebook”da yazıb.

O, operativ qərargahın fəaliyyətini davam etdirdiyini əlavə edib.

Prezident Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Aleksey Arestoviç isə deyib ki, Rusiya Ordusu Xarkov istiqamətində şəxsi heyət və texnika baxımından dəhşətli itkilər verir: "Rusiya Xarkova hücum əməliyyatını davam etdirməyə, Lozovaya şəhərini ələ keçirərək Xarkovu qərbdən mühasirəyə aımağa çalışır. Amma şəxsi heyət və texnika baxımından dəhşətli itkilər verir. Hazırda bu hücumun tempi çox aşağı düşüb və tezliklə Xarkova hücum ifadəsini dırnaq arasına alacayıq”.




Bölməyə aid digər xəbərlər