Rəsmi Kiyev NATO-nu Rusiya ilə açıq savaşa çağırır: "Toqquşma qaçılmazdır, növbədə sizsiniz"
Tarix: 03-03-2022 17:08 | Bölmə: Siyasət
Rəsmi Kiyev NATO-nu Rusiya ilə açıq savaşa çağırır: "Toqquşma qaçılmazdır, növbədə sizsiniz"

“Biz NATO-dakı tərəfdaşlarımıza çox aydın və sakit şəkildə deyirik ki, siz Rusiya ilə birbaşa qarşıdurmadan necə qaçacağınızı istədiyiniz qədər fikirləşə bilərsiniz, amma indi onu dayandırmağa yardım etməsəniz, birbaşa toqquşma qaçılmaz olacaq, çünki siz növbəti olacaqsınız”.

Reyting.az 
xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba yerli TV-lərə müsahibəsində deyib.

Nazir bildirib ki, Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyinə zəmanət yoxdur:

"Siz Rusiyanın Ukraynaya da hücum etməyəcəyinə inanırdınız. Amma hamı yanıldı. Ona görə də biz dərhal hərəkətə keçməliyik. İndi Ukrayna üzərində səmanın bağlanması mövzusu son dərəcə aktualdır və müxtəlif ssenarilər mövcuddur. Məsələn, bütün hava məkanını deyil, bir hissəsini bağlamaq olar, səmanı bağlaya bilməzsiniz, ancaq Ukrayna Silahlı Qüvvələrinin döyüş təyyarələri və zenit müdafiə sistemlərinin təchizatını təmin edə bilərsiniz. Hazırda bütün ssenarilər üzərində iş gedir. Amma hamı başa düşməlidir və biz bunu tərəfdaşlarımıza açıq şəkildə deyirik, biz hər şeyə görə sizə minnətdarıq. Amma indi konkret təhlükə var. Vətəndaşlarımızı havadan öldürürlər".




Bölməyə aid digər xəbərlər