Ukraynada sükut rejimi: humanitar dəhlizlər açılır - Yenilənib
Tarix: 07-03-2022 12:23 | Bölmə: Siyasət
Ukraynada sükut rejimi: humanitar dəhlizlər açılır

Rusiya sükut rejimi tətbiq edəcək.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, sükut rejimi bu səhər Moskva vaxtı ilə saat 10:00-da qüvvəyə minir.

Qeyd olunur ki, humanitar dəhlizlər Fransa prezidenti Emmanuel Makronun xahişi əsasında açılır.

Mülki əhali Kiyev, Mariupol, Xarkov və Sumı şəhərlərini tərk edə biləcək.

***

Rusiyanın humanitar dəhlizləri öz ərazisinə və Belarusa doğru olacaq.

RİA “Novosti” xəbər agentliyinin paylaşdığı təxliyə rotalarına əsasən, humanitar dəhliz vasitəsilə Kiyevin mülki əhalisi Rusiya və Belarusa, Xarkov əhalisi isə yalnız Rusiyaya gedə biləcək/APA.

AFP-nin məlumatında isə qeyd olunub ki, Mariupol və Sumı şəhərlərinin mülki əhalisi digər Ukrayna şəhərlərinə, eləcə də Rusiyaya gedəcəklər.

Reyting.az




Bölməyə aid digər xəbərlər