Rəsmi Moskva Kiyevə qəbul edilməsi mümkünsüz tələblər irəli sürüb
Tarix: 07-03-2022 17:07 | Bölmə: Siyasət
Rəsmi Moskva Kiyevə qəbul edilməsi mümkünsüz tələblər irəli sürüb

"Hərbi əməliyyatların dərhal dayanması üçün Ukrayna tərəfi Rusiyanın tələblərini yerinə yetirməlidir"

Reyting.az
NTV-yə istinadla xəbər verir ki, bu sözləri “Röyters” agentliyinə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Ukrayna Krımı Rusiya ərazisi kimi qəbul etməli, eyni zamanda, neytral dövlət statusuna keçməlidir: "Bununla bəbabər, Kiyev rəmsi olaraq Donetsk və Luqanskın müstəqilliyini tanımalıdır. Bu halda, əməliyyat anındaca dayanacaq".

Digər diqqətçəkən məqamlardan biri də budur ki, prezident Putin bu gün Qərb ölkələrinə müraciət edərək, Ukraynada insan haqlarının pozulduğunu idda edib. O, buna görə Kiyevə təzyiq olunmasını tələb edib.




Bölməyə aid digər xəbərlər