Rusiya və Ukraynanın XİN başçıları görüşəcək
Tarix: 09-03-2022 10:25 | Bölmə: Siyasət
Rusiya və Ukraynanın XİN başçıları görüşəcək

Rusiya Xarici İşlər Nazirliyi Antalya Diplomatiya Forumu çərçivəsində nazir Sergey Lavrovla onun ukraynalı həmkarı Dmitri Kulebanın görüşünü təsdiqləyib. TASS xəbər verir ki, bu barədə Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Kiyev də bunu təsdiqləyib.

Təşəbbüskar tərəfin Türkiyə olduğunu xatırladan Zaxarova əlavə edib ki, görüş martın 10-da baş tutacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib