Ukraynanın bir şəhəri ələ keçirilib, digər ərazilərə hücum başlayıb
Tarix: 11-03-2022 10:49 | Bölmə: Siyasət
Ukraynanın bir şəhəri ələ keçirilib, digər ərazilərə hücum başlayıb

Tanınmayan “DXR” qüvvələri Ukraynanın Volnovaxa şəhərini ələ keçirib.

Reyting.az
-ın xəbərinə görə, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, “DXR” qruplaşması Volnova şəhərini azad etməklə yanaşı Olqinka, Veliko-Anadol, Zelenıy Qay yaşayış məntəqələri də nəzarətə alınıb və irəliləyişin dərinliyi 6 kilometrə çatıb.

Rusiya Müdafiə Nazirliyi Mariupol şəhərinin mühasirə həlqəsinin daraldığını da iddia edir.

Onu da qeyd edək ki, Rusiya ordusu səhər saatlarından Ukraynanın Dnepr və Lutsk şəhərlərinə də hücuma keçib. Lutsk meri İqor Polişuk bildirib ki, aerodrom yaxınlığında ard-arda bir neçə partlayış baş verib.

Rusiyanın Dneprə üç hava zərbəsi endirdiyi də verilən məlumatlar sırasındadır. Bu hadisə nəticəsində bir nəfərin həlak olduğu bildirilir.

Dnepr meri deyib ki, martın 11-də saat 06:10 radələrində Dnepr şəhərinin Novokodatski rayonuna üç hava zərbəsi endirilib. Zərbələr uşaq bağçasına və yaşayış binasına dəyib.




Bölməyə aid digər xəbərlər