Bayden: "Rusiyanın iqtisadiyyatını yıxdıq, ağır bədəl ödəyəcəklər"
Tarix: 11-03-2022 20:04 | Bölmə: Siyasət
Bayden: "Rusiyanın iqtisadiyyatını yıxdıq, ağır bədəl ödəyəcəklər"

"Rusiya ağır bədəl ödəyəcək".

Reyting.az
xəbər verir ki, bu sözləri ABŞ prezidenti Bayden deyib.

O, Rusiyaya yeni sanksiyalar tərbiq etdiiklərini də bildirib: "Bu gündən Rusiya ilə normal ticarət əlaqəsini dayandırdıq. Rusiyanın beynəlxalq maliyyə qurumlarından kredit almasına da imkan verməyəcəyik. Bununla dayanmayacağıq, yeni tədbirlər görüləcək".

Baydenin sözlərinə görə, Rusiya elə bir vəziyyətə salınıb ki, Moskva birjası da açıla bilmir: "Açılarsa, dərhal çökəcək. Rusiyanın iqtisadiyyatını yıxdıq".

Bayden Ukrayna savaşına toxunaraq, qeyd edib ki, NATO prosesə birbaşa müdaxilə edə bilməz: "Bu, 3-cü Dünya müharibəsinə səbəb olacaq".

ABŞ prezidenti əlavə edib ki, Putinin Ukrayna savaşında qalib gələcəyiinə inanmır.

Reyting.az




Bölməyə aid digər xəbərlər