Ceyhun Bayramov Aİ nümayəndəsi ilə regiondakı vəziyyəti müzakirə edib
Tarix: 12-03-2022 15:48 | Bölmə: Siyasət
Ceyhun Bayramov Aİ nümayəndəsi ilə regiondakı vəziyyəti müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Josep Borrell ilə görüşüb.

Mia.az
XİN-ə istinadla bildirir ki, görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq perspektivlərini, enerji sahəsində strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər. Eyni zamanda, Ukraynadakı vəziyyət, ölkəyə humanitar yardımın göstərilməsi məsələləri müzakirə mövzusunu təşkil edib.

Nazir Ceyhun Bayramov regiondakı son vəziyyət, üçtərəfli bəyanatların həlli məsələləri, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı məlumat verib, habelə iki ölkə arasında münasibətlərin normallaşmasına dair Azərbaycanın baxışı ilə bölüşüb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bölməyə aid digər xəbərlər