Daha iki lider Putini dərhal atəşkəsə çağırıb, amma... - 2 saatdan çox davam edən müzakirə başa çatıb - Yenilənib
Tarix: 12-03-2022 19:21 | Bölmə: Siyasət
Daha iki lider Putini dərhal atəşkəsə çağırıb, amma... - 2 saatdan çox davam edən müzakirə başa çatıb

Bu gün 2 saatdan çox Vladimir Putinlə Ukraynadakı vəziyyətlə bağlı müzakirə aparan Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts Rusiyadan dərhal atəşəkəs elan etməsini istəyiblər.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, atəşkəsə razılıq verməyən Putin Ukayna hakimiyyətini ittiham edib.

Tərəflər sonda müzakirələrin davamına razılıq veriblər.

***.

Rusiya prezidenti Vladimir Putin Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

Reyting.az
xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ukraynadakı vəziyyət müzakirə olunub.

Almaniya və Fransa liderlərinin Ukraynada humanitar vəziyyətlə bağlı qaldırdıqları suallarla əlaqədar Vladimir Putin işin real vəziyyəti barədə məlumat veriblər. Xüsusilə, Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulmasına dair çoxsaylı faktlar göstərilib.

Eyni zamanda, qeyd olunub ki, millətçi batalyonlar əhalinin xilas edilməsi əməliyyatlarını sistemli şəkildə pozur, təxliyə etmək istəyərkən mülki şəxsləri qorxudur. Vladimir Putin Emmanuel Makron və Olaf Şoltsu bu cür əməlləri dayandırmaq üçün Ukrayna hakimiyyətinə təsir göstərməyə çağırıb.

***

Fransa prezidenti Emmanuel Makronla Almaniya Kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinə zəng ediblər.

Reyting.az
TRT-yə istinadla xəbər verir ki, tərəflər Ukraynadakı müharibəni müzakirə edirlər.

Məlumata görə, bu dəqəqələrə kimi bir saatı aşan görüşdə əsas məqsəd Ukraynada atəşin dayandırılması və tərəflərin danışıqlarla problemin həllinə nail olunmasıdır.

Hazırda görüş davam edir.




Bölməyə aid digər xəbərlər