Baş nazir: "Prezident hökumət qarşısında yeni vəzifələr və tapşırıqlar qoyub"
Tarix: 15-03-2022 11:38 | Bölmə: Siyasət
Baş nazir: "Prezident hökumət qarşısında yeni vəzifələr və tapşırıqlar qoyub"

“Zəngəzur dəhlizi Azərbaycanın tarixi nailiyyətidir. Bunun üçün əməli tədbirlər görülüb və davam etdirilməkdədir”.

Reyting.az
xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.

Onun sözlərinə görə, İranla imzalanmış yeni kommunikasiya bağlantısı ilə bağlı sənəd bölgənin inkişafına böyük töhfələr verəcək.

Baş nazir deyib ki, Prezident hökumət qarşısında yeni vəzifələr və tapşırıqlar qoyub.

Onun sözlərinə görə, fiskal dayanıqlığın təmin edilməsi, biznes mühitinin yaxşılaşdırılması və struktur dəyişikliyinin sürətləndiilməsi, qlobal ərzaq bazarlarında bahalaşmanın mənfi təsirinin azaldılması, rəqəmsal inkişafın inkişafı və s. kimi məsələlər hokumətin qarşısında qoyulub.




Bölməyə aid digər xəbərlər