15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Avropa İttifaqı Rusiyaya növbəti sanksiya paketi qəbul edib
Tarix: 15-03-2022 22:07 | Bölmə: Siyasət
Avropa İttifaqı Rusiyaya növbəti sanksiya paketi qəbul edib

Avropa İttifaqı (Aİ) rusiyalı iş adamlarına qarşı yeni sanksiyalar paketi təqdim edib.

Reyting.az
 "RİA Novosti"yə istinadən xəbər verir ki, yeni siyahıda biznesmen Roman Abramoviç, "Pervıy kanal"ın direktoru Konstantin Ernst, “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyev, teleaparıcı Artem Şeynin, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şoxin var.

Aİ, həmçinin qiyməti 50 min avrodan yuxarı olan lüks avtomobillərin və 5 min avrodan yuxarı motosikletlərin idxalına qadağa qoyub. Həmçinin Rusiyaya hər birinin dəyəri 300 avrodan çox olan ətir, spirt, məişət texnikası, geyim və digər malların idxalı qadağandır.

Rusiya ilə dəmir və polad ticarətinə də məhdudiyyətlər qoyulub, nüvə enerjisi istisna olmaqla, ölkənin enerji sektoruna investisiyalar qadağan edilib.

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib. Xüsusilə, məhdudiyyətlər Rusiya Daxili İşlər Nazirliyinin Çeçenistan Respublikasının Kurçaloyevski rayonu üzrə departamentini əhatə edib. Maqnitski aktı əsasında dörd rusiyalı siyahıya daxil edilib.




Bölməyə aid digər xəbərlər