15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Lavrov: "Bizim üçün kilid hədəf Ukraynanın şərqi və silahlandırılmasıdır"
Tarix: 16-03-2022 13:11 | Bölmə: Siyasət
Lavrov: "Bizim üçün kilid hədəf Ukraynanın şərqi və silahlandırılmasıdır"

“Ukrayna nümayəndələri ilə danışıqlar ağır və zor keçir, lakin kompromis əldə edəcəyimizə inanıram".

Reyting.az
 xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RBK telekanalına müsahibəsində deyib.

O bildirib ki, Rusiya gələcəkdə Ukrayna tərəfi ilə təmaslara hazır olacaq.

Lavrov daha sonra Ukraynadakı əsas hədəflərinin nədən ibarət olduğunu açıqlayıb.

O bildirib ki, Rusiyanın Ukraynaya hücumunda əsas əsas məsələ Ukraynanın şərqi və silahlandırılmasıdır: "Bunlar bizim üçün kilid nöqtələrdir. Təəssüf ki, Ukryna nümayəndələrinin qərarlarında əsas rolu ABŞ oynayır. Biz isə qısa zamanda sülh istəyirik, ona görə bizi ABŞ-ın mövqeyi maraqlandırmır".

Lavrov Türkiyə və İsrailin vasitəçiliyindən də söz açıb: “Əlbəttə, müharibəyə qoşulmayan ölkələrin, o cümlədən Türkiyənin vasitəçiliyini müsbət qiymətləndiririk. Vasitəçiliklə bağlı İsveçrədən də təkliflər gəlir. Lakin Rusiya əleyhinə sanksiyalara qoşulmuş ölkələrin vasitəçiliyindən imtina etmişik".




Bölməyə aid digər xəbərlər