Deputat mandatından imtina etməsi ilə bağlı MSK-ya ərizə göndərib
Tarix: 16-03-2022 14:51 | Bölmə: Siyasət
Deputat mandatından imtina etməsi ilə bağlı MSK-ya ərizə göndərib

Milli Məclisin deputatı Şahin Seyidzadənin mandatından imtina ilə bağlı ərizəsi Mərkəzi Seçki Komissiyasına (MSK) göndərilib.

Reyting.az
xəbər verir ki, bu barədə Report-a Milli Məclisdəki mənbə məlumat verib.

Qeyd edək ki, bu il martın 3-də Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.

Seçki Məcəlləsinin 176.2-ci maddəsinə əsasən, hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına ərizə (rəsmi məlumat) daxil olduqda, Mərkəzi Seçki Komissiyası ərizədə (rəsmi məlumatda) göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir. Qərarın Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilməsi günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır.




Bölməyə aid digər xəbərlər