Osman Gündüz: "Rusiya, Ukrayna və Belarusdan qaçmaq istəyən İT mütəxəssislərini Azərbaycana gətirməliyik"
Tarix: 16-03-2022 16:45 | Bölmə: Siyasət
Osman Gündüz: "Rusiya, Ukrayna və Belarusdan qaçmaq istəyən İT mütəxəssislərini Azərbaycana gətirməliyik"

Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar 1 milyona yaxın İT mütəxəssisi miqrasiya barədə düşünür. Onları Azərbaycana cəlb etməliyik”.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz KOB-ların elm və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə dair tədbirdə deyib.

O bildirib ki, Rusiyada 600 mindən çox, Ukraynada 250 min, Belarusda isə 70 min İT mütəxəssisi var: "Hazırda onlar miqrasiya etmək üçün şərait axtarırlar və bizdə olan məlumatlara görə daha çox Ermənistana, Gürcüstana gedirlər. Yetərincə bilik və bacarığa malik insanların Ermənistanda fəaliyyəti gələcəkdə bizim üçün təhdid ola bilər. Həmin İT mütəxəssislər uzun müddətdir ki, beynəlxalq şirkətlərlə işləyirlər. Ümumiyyətlə, son vaxtlar qlobal İT şirkətləri üçün regional mərkəz Rusiya - Moskva idi. Bəs bundan sonra necə olacaq? Hesab edirəm ki, milli maraqlarımız üçün yetişmiş şəraitdən yaralanmalıyıq”.




Bölməyə aid digər xəbərlər