15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Rəsmi Kiyev: “Biz ya müharibəyə sona kimi köklənməliyik, ya da..."
Tarix: 18-03-2022 15:50 | Bölmə: Siyasət
Rəsmi Kiyev: “Biz ya müharibəyə sona kimi köklənməliyik, ya da..."

“Biz Rusiyanı total şəkildə, qeyd-şərtsiz məğlub etmək üçün ya müharibəyə sona kimi köklənməliyik, ya da Ukrayna üçün əlverişli razılaşma olmalıdır. Hesab edirəm ki, ikinci variant realdır”.

Bu fikirləri Ukraynanın xarici işlər naziri Dmitro Kuleba “Ukrainskaya pravda” nəşrinə müsahibəsində deyib/Report.

O əlavə edib ki, Ukrayna diplomatiyası bu razılaşmanın rəsmi Kiyev üçün maksimal şəkildə əlverişli olması üçün çalışır: “Prezident kiməsə milli maraqların satılması ilə bağlı göstəriş verməyib. Zelenskinin qarşıya qoyduğu vəzifə çox aydındır: Ukrayna təhlükəsizliyinin maksimal təminatı. Kiminsə nəyisə sızdırması ilə bağlı bütün fərziyyələr sadəcə bir informasiya müharibəsidir ki, biz ciddi, yetkin insanlar olmağı öyrənməliyik və şayiələrə uymamalıyıq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər