15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Bayden və daha 27 ölkənin rəhbəri bir arada: Rusiyaya qarşı sanksiyalar daha da sərtləşdirilə bilər
Tarix: 24-03-2022 09:10 | Bölmə: Siyasət
Bayden və daha 27 ölkənin rəhbəri bir arada: Rusiyaya qarşı sanksiyalar daha da sərtləşdirilə bilər

Bu gün Brüsseldə keçiriləcək G7 və Avropa İttifaqı (Aİ) sammitlərinə hazırlıq başlayıb. Sammitlərin keçirilməsində məqsəd Ukraynadakı hadisələri müzakirə etmək, o cümlədən Rusiyaya qarşı sanksiyalarla bağlı həmrəyliyik nümayiş etdirməkdir.

Reyting.az
-ın “İnterfaks”a istinadla verdiyi məlumata görə, Avropa İttifaqının (Aİ) yüksək vəzifəli rəsmisi bildirib ki, münaqişə başlayandan bu günə kimi Avropa İttifaqı-ABŞ görüşü ilk dəfədir bu səviyyədə olacaq.

Onun sözlərinə görə, son hadisələri nəzərə aldıqda, sanksiyaları daha da sərtləşdirmək üçün imkanlar var.

Avropa rəsmisi əlavə edib ki, sammitdə iştirak edən liderlər sanksiyaların sərtləşdirilməsini müzakirə edib, daha da irəli gedib-getməməyə dair qərar verəcəklər.

Məlumata görə, Ukrayna böhranı və ona beynəlxalq reaksiya Baydenin qatılacağı 24 mart sammitinin ilk günündə müzakirə predmeti olacaq. Müzakirələrdə bu mövzunun müxtəlif ölçülərinə toxunulacaq. Söhbət Ukraynaya yardımdan, münaqişənin beynəlxalq aspektindən, Rusiyaya təzyiqdən gedir.

Aİ rəsmisi bildirib ki, baş verənlərin müzakirəsi çox vacibdir, çünki Birlik Rusiyaya qarşı sanksiyalar və Ukraynaya göstərilən yardım baxımından əsas oyunçu mövqeyindədir.

O qeyd edib ki, Aİ təzyiq baxımından çox fəal olub, bir sıra tərəfdaşlara qarşı beynəlxalq demarşlar həyata keçirib. "Biz ümumi səylərimizə dəstək qazanmaq üçün BMT-də, həm də üçüncü ölkələrə münasibətdə demarşlarımızı çoxaltmışıq".

Məmurun sözlərinə görə, bu üç tədbir Baydenlə müzakirə olunacaq.

İclas iştirakçıları Avropa Parlamentinin sədri ilə fikir mübadiləsi zamanı Ukrayna mövzusunu qaldıracaq, daha sonra nəticələr qəbul edilməzdən əvvəl Aİ-nin 27 ölkəsinin dövlət və hökumət başçıları tərəfindən müzakirə olunacaq.




Bölməyə aid digər xəbərlər