15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Ərdoğan: "Rusiya ilə münasibətlərimizi kənara qoymaq mümkün deyil”
Tarix: 25-03-2022 13:37 | Bölmə: Siyasət
Ərdoğan: "Rusiya ilə münasibətlərimizi kənara qoymaq mümkün deyil”

“Sanksiya mövzusunda BMT-nin müəyyən xəttinə biz də qoşula bilərik, amma unutmayaq ki, bütün bu addımları atarkən bizim Rusiya ilə olan münasibətlərimizi bir kənara qoymaq mümkün deyil”.

Reyting.az
xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə hazırda təkcə təbii qazın təqribən yarısını Rusiyadan alır: "Bu məsələdəki həssaslığımızı qorumalıyıq. Birincisi, mən xalqımı qarda-qışda soyuqda qoya bilmərəm.

İkincisi, sənayemizi tamamilə sıfırlaya bilmərəm. Bunları qorumalıyıq".

Ərdoğan xatırladıb ki, Türkiyənin 85 milyon əhalisi var: "Üzərimizə düşən hər cür vəzifəni edərik, edirik. Hazırda ukraynalılar üçün 56 civarında humanitar yardım daşıyan yük maşını bölgəyə göndərmişik”.




Bölməyə aid digər xəbərlər