15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Erməni spiker: “Azərbaycanın münasibətlərin normallaşması üçün yeni təklifi məqbuldur”
Tarix: 29-03-2022 12:51 | Bölmə: Siyasət
Erməni spiker: “Azərbaycanın münasibətlərin normallaşması üçün yeni təklifi məqbuldur”

"Rəsmən bəyan edirəm ki, Ermənistan üçün bu 5 maddə məqbuldur".

"RİA Novosti” xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan Almatı şəhərində MDB Parlament Assambleyasının (PA) Şura iclasında bildirib.

“Hesab edirik ki, əgər bir neçə aspektləri əlavə etsək, biz bu işi həyata keçirməyə başlaya bilərik”, - Simonyan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Azərbaycanın münasibətlərin normallaşması üçün Ermənistana 5 maddəlik yeni təklif təqdim etməsinə cavabında deyib/APA.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycanın Ermənistana münasibətlərin normallaşmasına dair 5 maddədən ibarət sənəd göndərdiyini və cavab gözlədiklərini bildirib.




Bölməyə aid digər xəbərlər