Bayden-Putin görüşünün şərtləri açıqlanıb
Tarix: 30-03-2022 08:31 | Bölmə: Siyasət
Bayden-Putin görüşünün şərtləri açıqlanıb

ABŞ prezidenti Cozef Baydenlə Rusiya lideri Vladimir Putin arasında istənilən təmas Ukraynadakı vəziyyətin deeskalasiyasını və Rusiya Federasiyasının diplomatiyaya həqiqi hazırlığını tələb edəcək.

Reyting.az
-ın məlumatına görə, bu barədə çərşənbə axşamı, Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild deyib.

"Biz açıq şəkildə deyirik, prezident Bayden açıq şəkildə bildirdi ki, Rusiya tərəfindən ciddi deeskalasiya və prezidentin bu cür söhbətə başlamazdan əvvəl diplomatiyaya aydın, həqiqi öhdəliyi lazımdır", - o deyib.

Qeyd edək ki, C. Bayden də rusiyalı həmkarı V. Putinlə təmasları istisna etməyib. O bildirib ki, bu, Rusiya prezidentinin nəyi müzakirə etmək istəməsindən asılıdır.(Report)




Bölməyə aid digər xəbərlər