Milli Şuranın mitinqlə bağlı müraciətinə "yox" cavab verilib
Tarix: 30-03-2022 12:20 | Bölmə: Siyasət
Milli Şuranın mitinqlə bağlı müraciətinə "yox" cavab verilib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 2-də mitinq keçirməklə bağlı müraciətini cavablandırıb.

Reyting.az 
xəbər verir ki, meriya pandemiya ilə əlaqədar mitinqin keçirilməsinə razılıq verməyib.

Qeyd edək ki, Milli Şura aprelin 2-də saat 15:00-17:00-dək Bakı şəhəri, Yasamal rayonunda yerləşən keçmiş "Məhsul" stadionunda, metronun “Nərimanov” stansiyası yanındakı parkda və “Ukrayna” dairəsində mitinqin keçirilməsi üçün yer ayrılması üçün üçün BŞİH-ə müraciət edib. Milli Şura Ukraynanın ərazi bütövlüyünə dəstək məqsədilə mitinq keçirməyi planlaşdırmışdı.




Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib