Rusiya səfiri: “Sülhməramlılar Qarabağdadır, Ukraynaya göndərilməyib”
Tarix: 30-03-2022 12:29 | Bölmə: Siyasət
Rusiya səfiri: “Sülhməramlılar Qarabağdadır, Ukraynaya göndərilməyib”

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Qarabağdakı sülhməramlı kontingentin Ukraynaya göndərilməsi məsələsinə münasibət bildirib.

Səfir keçirdiyi mətbuat konfransında bildirib ki, bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

“Sülhməramlılar Qarabağdadır və Ukraynaya göndərilməyib”, - diplomat vurğulayıb/APA.

Səfir Bakını sərsəm ifadələrlə hədələyən Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqinin açıqlamasından da danışıb.

O bildirib ki, bu, yolverilməzdir: "Rusiya hökuməti yuxarıda adıçəkilən deputatın açıqlamasını qınayıb və üzr istənilib.Rusiyanın Azərbaycanla əlaqələri möhtəşəmdir".

Reyting.az




Bölməyə aid digər xəbərlər