Polşa-Azərbaycan Hökumətlərarası komissiyasının iclası keçiriləcək
Tarix: 31-03-2022 13:39 | Bölmə: Siyasət
Polşa-Azərbaycan Hökumətlərarası komissiyasının iclası keçiriləcək

“Polşanın ATƏT-də sədrliyi mörəkkəb bir vaxta təsadüf edir. Bu gün biz ATƏT-də, Ukrayna və Ukrayna ətrafında olan məsələləri müzakirə etdik”.

Reyting.az
xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raun ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, Polşa nümayəndə heyəti ATƏT-in fəaliyyətdə olan sədri qismində Azərbaycana səfər edir:  "Azərbaycan Polşa ilə münasibətlərin inkişaf etməsinə diqqət yetirir. Bu il münasibətlərimiz konteksində xüsusi bir ildir. Bu ilin ikinci yarısında Polşa-Azərbaycan Hökumətlərarası komissiyasının iclası keçiriləcək“.

Nazir onu da bildirib ki, bu ilin mayından Varşava-Bakı aviareysləri təşkil ediləcək: “Azərbaycanla Avropa İttifaqı arasında qarşılqılı faydalı əməkdaşlıq mövcuddur. Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişi də işlənib hazırlanır və yaxın zamanlarda tamamlanması gözlənilir", - o vurğulayıb.




Bölməyə aid digər xəbərlər