Nazir: “Ermənistan sülh təklifinə hələki müsbət reaksiya verməyib"
Tarix: 31-03-2022 13:42 | Bölmə: Siyasət
Nazir: “Ermənistan sülh təklifinə hələki müsbət reaksiya verməyib"

“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində yeni imkanlar yaranıb”.

Reyting.az
xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Ermənistandan Azərbaycanın sülh təklifinə bir ildən artıqdır müsbət reaksiya verilməyib: "Ermənistanla normallaşma prosesinə dair bir ay əvvəl yeni təklif irəli sürülüb, 5 baza prinsipi təqdim edilib. Biz hələ də konkret cavab gözləyirik. Ermənistan tərəfindən bir neçə pozitiv mesajlar səslənir, biz bunu görürük. Güman etmək istəyirik ki, bu Ermənistanın məsələyə ciddi şəkildə yanaşmasının təzahürüdür. Məsələyə ciddi yanaşma olduğu təqdirdə biz hazırıq, real addımların atılmasının zamanıdır. Biz ümid edirik ki, bunun nəticəsi yaxın zamanda görünəcək”.




Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib