Nazir: “Kanada Azərbaycanın ərazi bütövlüyünü və Xocalı qətliamını faciə kimi tanıyır”
Tarix: 02-04-2022 09:22 | Bölmə: Siyasət
Nazir: “Kanada Azərbaycanın ərazi bütövlüyünü və Xocalı qətliamını faciə kimi tanıyır”

Kanada hökuməti Xocalı qətliamını dəhşətli faciə kimi tanıyır, həyatını itirənləri və davam edən iztirabları böyük hüznlə yad edir. Kanada Xocalı qətliamı kimi faciəli mülki insan itkisinin heç vaxt təkrarlanmaması uğrunda qətiyyətlə çıxış edib.

Reyting.az
xəbər verir ki, bu fikirlər Kanadanın xarici işlər naziri Melani Jolinin bu ölkədəki azərbaycanlı icmanın yerli hökumətə ünvanladığı petisiyaya cavabında bildirib: My Webpage

Nazirin azərbaycanlı icmaya cavabında daha sonra deyilir:

“Kanada BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair bütün qətnamələrini və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanıyır”.

Qeyd edilir ki, Kanada sərhədlərin demarkasiyası və delimitasiyasının ikitərəfli mexanizmlərinin yaradılması, həmçinin Ermənistan və Azərbaycan arasında regional əlaqə əlaqələrin bərpası kimi mühüm etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üzrə liderlər səviyyəsində dialoqun davam etdirilməsini təşviq edir.

Nazir əlavə edib ki, Kanada regiona sülh və sabitliyin gətirilməsi istiqamətində təşəbbüsləri dəstəkləməyə davam edəcək və bu səylərə töhfə verməyə hazırdır.




Bölməyə aid digər xəbərlər