15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Lavrov: "Ukrayna Rusiyaya yeni anlaşma sənədi göndərib, bu, qəbuledilməzdir"
Tarix: 07-04-2022 16:27 | Bölmə: Siyasət
Lavrov: "Ukrayna Rusiyaya yeni anlaşma sənədi göndərib, bu, qəbuledilməzdir"

Ukrayna Rusiyaya yeni anlaşma sənədi təqdim edib.

Reyting.az
Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya XİN başçısı Sergey Lavrov açıqlama verib.

O bildirib ki, yeni sənəd İstanbulda müzakirə olunan anlaşma paketindən fərqlidir: "Xüsusən Krım və Donbasla bağlı. Ukrayna bu ərazilərlə bağlı indi fərqli tələb  irəli sürür. Kiyev bu məsələnin Putinlə Zelenskinin görüşündə müzakirə olunmasını istəyir. Bu isə Rusiya üçün qəbuledilməzdir. Biz öz anlaşma paketimizi hazırlayır və bunun qəbuluna nail olacağıq".

Lavrov əlavə edib ki, Rusiya Ukrayna tərəfinin danışıqlarda getdikcə daha çox yeni şərtlər irəli sürəcəyini istisna etmir. Onun fikrincə, belə bir ssenari Moskva üçün qəbuledilməzdir: “Şübhəsiz ki, növbəti mərhələdə Ukrayna tərəfi qoşunların çıxarılmasını tələb edəcək və yeni ilkin şərtlər qoyacaq. Bu fikir başa düşüləndir, lakin qəbuledilməzdir”.

Lavrov prosesin uzanmasında ABŞ-ı günahlandırıb, əlavə edib ki, Ukrayna ilə danışıqları davam etdirəcəklər.




Bölməyə aid digər xəbərlər