Lavrov erməni nazirlə brifinqdə: "Üçtərəfli işçi qrupun növbəti iclası bu ay baş tutacaq" 
Tarix: 08-04-2022 16:48 | Bölmə: Siyasət
Lavrov erməni nazirlə brifinqdə: "Üçtərəfli işçi qrupun növbəti iclası bu ay baş tutacaq" 

Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinlərinin həmsədr olduqları üçtərəfli işçi qrupun növbəti iclası bu ay baş tutacaq.

Reyting.az
xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan XİN başçısı Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün lazım olan şəraitin yaradılmasına kömək etməyə hazırdır: “Biz ümid edirik ki, tərəflər arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiya tezliklə yaradılacaq”.

Lavrov ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransanın bu format çərçivəsində Rusiya ilə əlaqə saxlamaqdan imtina etdiyini də deyib: 

“ATƏT-in Minsk qrupu üçlüyünün gələcək taleyinin necə olacağını deyə bilmərəm. Çünki rusofobiyanın təsiri altında olan amerikalı və fransalı tərəfdaşlarımız Rusiya ilə təmasları ləğv etməyə can ataraq, ATƏT-in Minsk qrupunu ləğv ediblər. Bu format çərçivəsində bizimlə əlaqə saxlamaqdan imtina ediblər”. 




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}