Deputatlar daha 4 məsələni müzakirəyə çıxaracaq - Siyahı
Tarix: 09-04-2022 15:27 | Bölmə: Siyasət
Deputatlar daha 4 məsələni müzakirəyə çıxaracaq

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının gündəliyi açıqlanıb.

Reyting.az
xəbər verir ki,  aprelin 12-də keçiriləcək iclasda 4 məsələ müzakirə olunacaq:

- “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi.

- “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (ikinci oxunuş).

- Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

- Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}