Pakistan parlamenti İmran Xana etimadsızlıq göstərib
Tarix: 09-04-2022 23:46 | Bölmə: Siyasət
Pakistan parlamenti İmran Xana etimadsızlıq göstərib

Bu gün Pakistan parlamenti ölkənin Baş naziri İmran Xana etimadsızlıq səsverməsi keçirib.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, səsvermədən əvvəl parlamentdə 13 saatlıq müzakirə olub.

Səsvermə zamanı İmran Xana etimadsızlıq göstərilib.

Müzakirələrdən sonra parlamentin aşağı palatasının spikeri, İmran Xanın "Pakistan Təhrik-e-İnsaf" partiyasının üzvü Əsəd Qaysar istefa verib.

Hökumətin vəzifəli şəxslərinə ölkəni tərk etmək qadağan olunub. Parlament binasının önünə zirehli polis maşınları və penitensiar xidmətin avtomobilləri gətirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}