Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş seçkilərin nəticələrini tanımır
Tarix: 11-04-2022 10:08 | Bölmə: Siyasət
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş seçkilərin nəticələrini tanımır

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 10 aprel 2022-ci ildə Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.

Reyting.az
-ın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi Tsxinvali məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsini vacib sayır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}