Deputatlar sabah toplanır: daha 6 məsələ müzakirə olunacaq - Siyahı
Tarix: 11-04-2022 15:35 | Bölmə: Siyasət
Deputatlar sabah toplanır: daha 6 məsələ müzakirə olunacaq

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının gündəliyi açıqlanıb.

Reyting.az
xəbər verir ki,  aprelin 12-də keçiriləcək iclasda 6 məsələ müzakirə olunacaq:

1. "Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında" təqdimat;

2. "Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında" təqdimat;

3. “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi.

4. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (ikinci oxunuş).

5. Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

6. Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}