27 ölkə Rusiyanın hərbi cinayətlərini araşdıracaq
Tarix: 11-04-2022 21:13 | Bölmə: Siyasət
27 ölkə Rusiyanın hərbi cinayətlərini araşdıracaq

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri hərbi cinayətlərə dair sübutların toplanması və bu işə maliyyə yardımı edilməsi üçün Ukraynaya missiya göndərmək qərarına gəliblər.

TASS xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Jozep Borrel Aİ Şurasının Lüksemburqda keçirilən iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

J. Borrel deyib ki, müharibədən əvvəl Ukraynada olan Aİ-nin məsləhət missiyası indi müharibə cinayətləri ilə bağlı sübutların toplanmasına kömək etmək üçün yenidən iş başında olacaq. Aİ bu fəaliyyət üçün maliyyə yardımı edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}