14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Pakistanın yeni Baş naziri Türkiyə və bir sıra ölkələrlə əlaqələri gücləndirəcək
Tarix: 12-04-2022 08:04 | Bölmə: Siyasət
Pakistanın yeni Baş naziri Türkiyə və bir sıra ölkələrlə əlaqələri gücləndirəcək

Şahbaz Şərif Pakistanın Baş naziri seçilib.

Reyting.az
xəbər verir ki, Ş. Şərif hökumət başçısı vəzifəsinə yeganə namizəd olub. Onun lehinə 174 deputat səs verib.

Şahbaz Şərif Baş nazir vəzifəsində İmran Xanı əvəzləyib. İmran Xanın partiyası isə seçkiləri boykot edib.

Qeyd edək ki, Ş. Şərif ölkənin sabiq Baş nazir Nəvaz Şərifin qardaşıdır.

Pakistanın 23-cü Baş naziri seçilən Şahbaz Şərif bu vəzifədə ilk çıxışını edib.

O, parlamentdə çıxışı zamanı ölkənin xarici siyasi əlaqələrindən də söz açıb.

Ş. Şərif əvvəlki Baş nazir İ. Xan hökumətinin xarici siyasətini tənqid edib, Pakistanın strateji tərəfdaşları və dostlarının Kəşmir məsələsində səssiz qaldığını deyib.

Çinin yaxşı və pis gündə Pakistanın ortağı olduğunu ifadə edən Şərif Pekinlə yaxşı münasibətlərin olmasının vacibliyinə diqqətə çatdırıb. O, əvvəlki hökumətin Çin və Pakistan dostluğunu zəiflətməyə çalışdığını qeyd edib.

Şərif Səudiyyə Ərəbistanı, Türkiyə, Avropa Birliyi ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və İranla yaxşı münasibətlərin olmasının vacibliyini vurğulayıb və ABŞ ilə əlaqələrin bərabər əsasda gücləndirilməsinin vacibliyindən danışıb.

Şərif bildirib ki, Türkiyə ilə Pakistanın ayrılmaz əlaqələri var və Ankara hər zaman İslamabadın yanındadır.

Onu da qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın yeni Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub.

Ərdoğan Şərifi Pakistanın Baş naziri seçilməsi münasibətilə təbrik edib.

Ərdoğan Türkiyənin indiyə qədər olduğu kimi bundan sonra da Pakistana hər cür dəstəyi verəcəyini bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}