14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə etməsi araşdırılır
Tarix: 12-04-2022 08:47 | Bölmə: Siyasət
Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə etməsi araşdırılır

Amerika Birləşmiş Ştatları Rusiya qoşunlarının Ukraynada iğtişaşları yatırmaq vasitələrini diqqətlə izləyir. Lakin Pentaqon Rusiya qoşunlarının Mariupolda kimyəvi silahdan istifadə etməsi ilə bağlı xəbərləri hələlik təsdiqləməyib.

Reyting.az
-ın CNN-ə istinadla verdiyi xəbərə görə, Pentaqonun mətbuat xidmətinin məlumatında deyilir:

"Əgər Mariupoldan gələn xəbərlər doğrudursa, dərin narahatlıq doğurur və Rusiyanın Ukraynada kimyəvi maddələrlə qarışdırılmış gözyaşardıcı qaz da daxil olmaqla, iğtişaşlara nəzarət üçün müxtəlif vasitələrdən istifadə edə biləcəyi ilə bağlı narahatlığımızı əks etdirir".

Böyük Britaniya isə tərəfdaşları ilə birlikdə aprelin 11-də axşam saatlarında Mariupolda kimyəvi silahdan istifadə ilə bağlı məlumatları yoxlayır. Bu barədə xarici işlər naziri Elizabet Trass məlumat verib.

E. Trass “Tvitter” hesabında yazıb ki, Rusiya qoşunlarının Mariupol sakinlərinə hücum etmək üçün kimyəvi maddələrdən istifadə etdiyi bildirilir və təfərrüatları yoxlamaq üçün təcili partnyorlarla işləyirik.

Nazir qeyd edib ki, kimyəvi silahdan istifadə münaqişənin daha da genişlənməsinə səbəb olacaq. O, buna görə Putin və onun rejimindən hesab soracaqlarını bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}