14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Deputat: “Rayonlarda onlarla insan maaş və pensiya kartını sələmçiyə verib, çünki dolana bilmirlər”
Tarix: 12-04-2022 12:05 | Bölmə: Siyasət
Deputat: “Rayonlarda onlarla insan maaş və pensiya kartını sələmçiyə verib, çünki dolana bilmirlər”

“Azərbaycan xalqını, Azərbaycan vətəndaşını dövlətdən narazı salan şəbəkəyə qalib gələ biləcəyik, yoxsa yox? Buna ümid çox azdır”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

F. Mustafa bildirib ki, artıq vətəndaşlar bankdan borc istəmir, deputatdan istəyir, məşğulluqdan iş istəmir, deputatdan istəyir:

“Qarabağ savaşından sonra problemlərin bu qədər qabarıq olması insanların dövlətə inamını sarsıtmaq üzrədir. "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC onlarla fəhləni işlədib, pulunu verməyib”.

Deputat əlavə edib ki, rayonlarda onlarla insan maaş, pensiya kartını sələmçiyə verib, çünki dolana bilmirlər: “Bu qədər böyük qələbə qazanmış ölkənin prezidentinin xalqa qaytardığı inamı bunlar yenidən zədələməsinlər. Bu bizim qarşımızda duran əsas məsələdir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}