14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Putin "Ukrayna ilə görüş Belarusda olacaq" deyir, Lukaşenko isə ingilisləri ittiham edir
Tarix: 12-04-2022 17:12 | Bölmə: Siyasət
Putin "Ukrayna ilə görüş Belarusda olacaq" deyir, Lukaşenko isə ingilisləri ittiham edir

Putin bu gün Belarus lideri Lukaşenko ilə keçirdiyi brifinqdə Ukraynadakı savaşdan söz açıb.

Reyting.az
-ın məlumatına görə, o, Ukraynada baş verənləri faciə adlandırıb: "Rusiyaya başqa cür hərəkət etmək seçimini qoymadılar. Rusiyalı hərbçilərə minnətdaram, onlar Rusiyanı müdafiə edirlər".

Putin daha sonra bildirib ki, Rusiyanın Ukrayna ilə danışıqları Belarus prezidentinin səyi nəticəsində mümkün olub: “Belarus ərazisi Rusiya və Ukrayna arasında danışıqlar üçün kifayət qədər uyğundur”.

Lukaşenko isə Buçada baş verən kütləvi qətliama toxunaraq, iddia edib ki, bunu ingilislər törədib: "İngilislər Buçada xüsusi əməliyyat, psixoloji əməliyyat keçiriblər. Bu “xüsusi əməliyyat”da iştirak edənlərin avtomobil nömrələri, onların markalarını Rusiyanın Federal Təhlükəsizlik Xidməti təqdim edə bilər".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}