14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
MDB-nin XİN başçıları Düşənbədə görüşəcək
Tarix: 14-04-2022 11:03 | Bölmə: Siyasət
MDB-nin XİN başçıları Düşənbədə görüşəcək

Mayın 13-də Tacikistanın paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısı olacaq.

“RİA Novosti” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Birinci İdarənin direktoru Mixail Yevdokimov bildirib.

Yevdokimov deyib ki, Nazirlər Şurası ənənəvi olaraq ildə iki dəfə toplanır. İlkin olaraq bunlardan biri mayın 13-də Düşənbədə, ikincisi isə payızda, oktyabrın 13-də Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək.

Məlumata görə, xarici işlər nazirlərinin yaz iclasının gündəliyi çox zəngin olacaq. Nazirlər beynəlxalq və regional mövzuları, o cümlədən Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}